Əslində 2 yaş sindromu deyilən bir sindrom yoxdur.Bu sadəcə formal xarakter daşıyan bir söz birləşməsidir.Buna həm də kiçik yeniyetməlik də deyirlər.Çünki bu yaş xüsusiyyətləri eyni yeniyetməlik əlamətləri ilə demək olar ki eynidir.
Psixososyal inkişafda əhəmiyyətli yer tutan 2-3 yaş dövrü, körpəlikdən uşaqlığa keçid dövrüdür.
16-42 ay arasında görülən, "2 yaş sindromu" olaraq da adlandırılan bu dövr, uşaq psixologiyasında çox əhəmiyyətli olub, ana atalar və uşaq üçün çətin bir müddətdir.
Yeriməyə və danışmağa başlayan uşaq üçün fərdiləşməyin ilk addımlarıdır 2 yaş dövrü.İnkişaf artdıqca hərəkətlənən körpə, müstəqilliyinin fərqinə varmışdır. Özünü, ətrafını kəşf edəcək, sərhədlərini aşacaq. O dövrə qədər ana və atasına tamamilə asılı olan körpə, öz başına hərəkət etdiyini görmüşdür. Artıq özünü ifadə edir. Son dərəcə maraqlı, enerjili və yeni kəşflər etmək arzusundadır.
Uşaq üçün tərəddüd və qərarsızlığın yüksək həddə çatdığı dövrdür 2-3 yaş arası. Inadlaşma,tərslik, huysuzlaşma, istəklərini zorla qəbul etdirmə səyi önə çıxmaqdadır.
Valideynlər 2 yaş dövrü uşaq psixologiyası xüsusiyyətlərini yaxşı bilməlidir.Əks halda uşaq dərindən təsirlənəcək, ana atanın sinirləri alt-üst olacaq.
Bu yaş dövründə valideynlə uşaqların ən çox mübahisələri tualet və yemək vərdişi haqqında olur.
Uşaqlarda 2 yaş dövrünün tipik davranış dəyişiklikləri bunlardır.
Həddindən artıq inadçılıq.
Ağlama, istəklərini ağlayaraq, tepinerek etdirməyə çalışmaq
İştah azalması, yuxu nizamında dəyişmə.
Huysuzluk.
Əlindəki oyuncaq və ya ev əşyalarını yerə atma
Xeyr sözünü tez-tez istifadə etmək.
Ana ataya ya da ətrafındakı şəxslərə vurma, hücum.
Öz saçını yolmaq, özünə zərər verici davranışlar.
Uşaq gün ərzində enerjisini boşaldacaq fəaliyyətlərlə məşğul olmalıdır-onları əngəlləməyin. "Etmə,dəymə,qırarsan,yıxarsan,yıxılarsan,yox" və s bu tipdə sözlərdən az istifadə etməyə çalışın.
2 yaş dövrü uşağına yanaşma tərzi belə olmalıdır.
Ana ata olaraq bu dövrün psixoloji inkişafda əhəmiyyətli bir pillə və təbii bir proses olduğunu bilin, uşağın davranışlarını normal qarşılayın.
Uşağınız əxlaqi və ictimai qaydaları öyrənməyə hələ hazır deyil. Çox qatı qaydalarla təhsil və tərbiyədən qaçının.
Uşaqla inadlaşmayın.
Uşaq israrla bir şey almaq və ya etmək üçün dirəşsə, işin asanına qaçaraq istədiyini edib, böhranın qarşısını almağa çalışmayın. Soyuqqanlı olun.Mənfi davranışı bitdiyində diqqətinizi göstərin, anlayacağı dillə niyə edə bilmədiyinizi başa salın. Ağlayaraq ya da tepinerek istədiyi şeyi etməsinə ya da etdirməsinə əsla icazə verməyin.
Uşağa qışqırmaq, cəzalandırmaq ya da şiddət tətbiq etməkdən yayının.
Inadlaşan, tutduran, uşağa yanaşma tərzi marağını, diqqətini başqa istiqamətə çəkməkdir. 2-3 yaş uşağının diqqətini başqa istiqamətə çəkmək çox asandır.
Uşağın tualet vərdişi üçün ən uyğun zamana fikir verin. Uşaq bunu şifahi olaraq və hərəkətləriylə ifadə edirsə tualet təhsilinə başlana bilər. Sırf zamanı gəldi deyərək uşağın hazır olmadığı bir dövrdə təhsilə başlamaq və tualet vərdisində uşaqla inadlaşmaq böyük səhvdir.
2-3 yaş uşağı sorğulama dövründədir. "Bu nə?" "Niyə?", "Niyə?" Suallarını bezib usanmadan sizə soruşacaq. Nə qədər yorğun olsanız olun uşağın suallarını cavabsız qoymayın.