суббота, 21 января 2017 г.

Leyner mazi haqqinda

Defelerle bu barede meqale paylasmagimiza regmen analar hele de bu mazi isledirler.Bunlari nezere alaraq bu barede daha genis yazmagi qerara aldim.Leyner mazi terkibinde bor tursusunun miqdari 3faizden cox olduguna gore qadagandir. Bes bu hansi fesadlar yarada biler deye sual vererken: Cox vaxt əhali arasında uzun illər ərzində təbabətdə istifadə olunan dərmanların təhlükəsinin olmaması, insan orqanizminə zərər vurmaması haqqında fikir formalaşır: “Alimlər tərəfindən aparılan tədqiqatlar və klinik araşdırmalar isə belə fikirlərin yanlış olduğunu sübut edir. Belə stereotip fikir illərlə çoxlarının ev aptekində yer alan bor turşusu haqqında da yaranıb. Zəif turşu kimi xarakterizə olunan bor müxtəlif sahələrdə - kənd təsərrüfatında gübrələrin və insektisidlərin istehsalında, fotoçap işlərində - aydınlaşdırıcı məhlulların, kimyada – bufer məhlulların hazırlanmasında və s. istifadə olunur.
XIX əsrin axırlarında alimlər tərəfindən bor turşusunun mikroblar əleyhinə (antiseptik) təsiri müəyyən edildikdən sonra bu preparat təbabətdə də geniş istifadə olunmaqa başlayıb. Bu antiseptikin bəzi xüsusiyyətləri - tamı və qoxusunun olmaması, paltarda ləkə qoymaması, yaralarda qıcıqlanma yaratmaması onun ev şəraitində geniş istifadəsinə səbəb olub. Lakin bor turşusunun antimikrob təsiri digər preparatlarla müqayisədə dəfələrlə aşağıdır. Belə ki, bor turşusu antimikrob təsirini minimal 2% konsentrasiyada göstərirsə, kalium permanqanat həmin təsirə – 0,1%, furasillin - 0,01%, xlorheksidin – 0,005% qatılığında malikdir, yəni, bor turşusundan 20-400 dəfə artıq aktivdir”.
Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar və klinik müşahidələr bor turşusunun orqanizmə toksiki təsir göstərdiyini sübut edib: “Avropa və Amerika tədqiqatçıları elmi məqalələrində bor turşusunun istifadəsindən uşaqların zəhərlənmə, hətta ölüm hadisələri ilə nəticələnən halları vurğulayıblar. Zəhərlənmənin əsas səbəbi odur ki, bor turşusu böyrəklərdən dəyişilməmiş vəziyyətdə ifraz olunur. Böyrəklərin funksiyası normal olduğu halda zəhərlənmə yüngül keçir, hər hansı səbəbdən onların funksiyalarında problemlər yarandığı halda isə bu turşu orqanizmdə daxili ağır zəhərlənməyə gətirib çıxara bilər. Uşaqlarda, xüsusilə körpələrdə, böyrək funksiyalarının nisbi zəif və lazımınca inkişaf etməməsi ilə əlaqədar bor turşunun zərəredici təsiri daha güclü olur və onun istifadəsi zəhərlənmə riskini artırır. Məhz buna görə bor turşusunun istifadəsi nəticəsində ağır zəhərlənmə və ölüm hadisələri əksər hallara körpə uşaqlar arasında baş verir.
Bunları nəzərə alaraq, keçən əsrin 70-ci illərindən etibarən bor turşusu toksik preparat kimi hesab edilir və onun təbabətdə istifadəsinə məhdudiyyətlərin qoyulmasına dair tədbirlər görülür. Belə ki, əksər ölkələrdə bor turşusunun istifadəsində onun konsentrasiyası 1-3% ilə məhdudlaşdırılır və tərkibində bu preparat olduğu dərmanların etiketlərinə “yalnız xarici istifadə üçün”, “geniş dəri zədələnmələrində istifadə oluna bilməz”, “uşaqlar üçün istifadə edilmir” xəbərdarlıq yazıları qeyd edilir. Hazırda əksər ölkədə bor turşusu demək olar ki, konservant kimi, qeyd olunan faizdə göz, qulaq, burun damcılarında istifadə olunur və 3 yaşına qədər uşaqlarda istifadə edilməsinə qadağa qoyulur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda da bor turşusunun toz şəkilində istifadəsinə qadağa qoyulub və preparatın tərkibində bor turşusunun yalnız 1-3% konsentrasiyası olduğu halda icazə verilir”.

Комментариев нет:

Отправить комментарий