суббота, 21 января 2017 г.

Tuberoz skleroz

Tuberoz skleroz.
Genetik xəstəlik olub,beyin daxil olmaqla bir çox orqanları zədələyir,
Tuberoz skleroz xəstəyi zamanı epileptik tutmalar,intellektual gerilik,davranış pozuntuları kimi əlamətlər görünür.Bu xəstəyin ilkin əlamətləndən dəridə yaranan hipomelanoz (ağ ləkələr) diqqəti çəkir.Uşaq böyüdükcə dəridə yaranan digər əlamətlər də inkişaf etməyə başlayır.Bunlardan:dəridə Seqren ləkələri (limon qabığına bənzər ləkələr),sifətdə angiofibromatoz düyünlər-bu zaman sanki uşağın sifətində kəpənək oturmuş kimi qırmızıya çalan düyünlər,ağarmış lokal tüklər,dırnaqlar arasında fibromatozlar düyünlər-bunlar gənclik yaşlarda yaranır.Dəridə yaranan dəyişikliklər beyində də formalaşdığından,epileptik tutmalar və nevroloji qüsurlar formalaşır.Həmçinin ürək,ağciyərlərdə,qaraciyərdə,böyrəklərdə,gözdə zədələnmələr-düyünlər formalaşır.
1yaşa qədər dövrdə Tuberoz skleroz West sindromu ilə üzə çıxır.
Ona görə də epileptik tutması olan körpələri soyundurub dərisinə baxmaq Tuberoz skleroz baxımından önəmlidir.
Sağlamlığınız bizim üçün önəmlidir!

Комментариев нет:

Отправить комментарий