SMA-Spinomuskulyar atrofiya.
SMA sinir-əzələ xəstəliyi olub,genetikdir.Genlər hüceyrələrin fəaliyyəti üçün zülal sintez edirlər.Gen zədəli olduğu üçün bu zülal az sintez olunur.İrsiyyətində SMA xəstəliyi olan hamilələr mütləq genetik olaraq müayinə ediməlidirlər.Əzələlərin fəaliyyəti üçün sinir impulsları baş beyindən onurğa beyinin ön buynuzuna ordan da əzələlərə ötürülür.Bu xəstəlik zamanı onuğa beyinin ön buynuzları zədələndiyi üçün sinir impulsları əzələlərə ötürülmür.Nəticədə əzələlərin tonusu itir,hipotoniya (süstlük) yaranır,əzələlərdə atrofiya müşahidə olunur.Tənəffüs əzələləri də prosesə cəlb oluna bilir.SMA 4 forması var:
SMA 1-Baş kontrolu çox zəifdir,otura bilməzlər.
SMA 2-Baş kontrolu var,otura bilirlər ancaq uzandığı yerdən oturmağa cəhd edə bilmələr.
SMA 3-Yeriyə bilirlər.
SMA 4- Böyüklərdə rast gəlinir.Yuxarı və aşağı ətraflarda zəiflik olsa da yeriyə bilirlər.
SMA xəstəliyinin müalicəsində reabilitasiyanın rolu böyükdür.Massaj qadağandır!Reabilitasiya-zədələnmələrin qarşısını almaq,əzələni qorumaq,tənəffüs pozğunluqları ilə mübarizə aparmaq,sosial həyata davam etməyi təmin etməkdən ibarətdir.Reabilitasiya ilkin olaraq 3-6 aydan bi aparılmalıdır.SMA uşaqlarda bud çanaq oynağının çıxığı da yaranır.
Hipotoniyanın səbəbi çoxdur.Hər hipotonik uşaq SMA deyil!
воскресенье, 22 января 2017 г.
SMA nedir?
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий