суббота, 21 января 2017 г.

Miqren

MİQREN
Miqren baş ağrısı böyüklərdə görünməklə yanaşı,uşaqlarda görünür.Əgər uşağınız vaxtaşırı başağrısından əziyyət çəkirsə bu miqren ola bilər.Lap kiçik yaşlı uşaqlarda da miqren yarana bilər.Başağrısıyla yanaşı uşaqda ürəkbulanma,qusma,işıq və səs-küy istəməmə (fotofobiya,fonofobiya) varsa bu miqren atakıdır.Uşaqlarda miqren tutması zamanı işıq və səs-küydən uzaqlaşmamaq da ola bilər.Böyüklərdən fərqli olaraq uşaqlarda tutma 2 saatdan 24 saata qədər davam edə bilir.Bu müddət böyüklərdə daha uzun müddət davam edir 24-72 saat.Ağrının xarakteri pulsasiyaedicidir (zokkuldayıcı),ağrı başın bir hissəsini əhatə edir.Uşaqlarda ağrı başın hər iki tərəfini tutur,ağrı zokkuldayıcı olmaya bilər.Miqren tutmasının olmasını uşağın vəziyyətindən də hiss etmək mümkündür.Bu zaman uşaq ağrının şiddətindən ən sevdiyi oyuncağından belə imtina edər,rəngi avazımış olar,özünə yer tapa bilməz.
Miqrenin genetik meyilliliyi var.Miqrendən əziyyət çəkən uşağın 90% halda ailəsində miqren olan şəxs mövcuddur.Hər 5 qadından 1,hər 10 kişidən 1 miqren var.Qadınlarda daha çox görünməsin səbəb hormonal dəyişikliklərdir.
Miqren tutması bir sıra faktorların və qidaların təsirindən tezləşə bilər.Bunlara aiddir:uzaq yol qət etmək,uzunmüddətli ac qalmaq,səs-küylü məkanda olmaq.Qidalardan:hisə verilmiş qidalar,şokolad,kolbasa,sosis,konservləşdirilmiş qidalarla qidalanma zamanı,içkilərdən qazlı içkilərin qəbulu zamanı tutmalar tez-tez baş verir.
Miqren funksional dəyişiklik olub,EEQ və MRT zamanı dəyişikliklər qeyd edilmir.

Комментариев нет:

Отправить комментарий